Azərbaycan Premyer Liqasının XII turunda doğma meydanın "İnter”lə oyundan 1 xal əldə edən "Qəbələ”də istirahət bu gün başa çatır.
Newsport.az-ın məlumatına görə, komanda bu gün saat 16:00-dan etibarən doğma şəhərdə hazırlıqlara başlayacaq.
Əldə edtiyimiz məlumata görə, komanda Azərbaycan Premyer Liqasında yaranan fasilə ərzində yoxlama oyunu keçirməyəcək.
Qeyd edək ki, "Qəbələ” Azərbaycan Premyer Liqasının növbəti turunda "Sumqayıt”la qarşılaşacaq.