Premyer Liqada heç də yaxşı çıxış etməyən "Rəvan” daha bir futbolçusu ilə vidalaşıb.
Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi yay fasiləsində transfer etdiyi futbolçulardan biri ilə vidalaşıb.
Klub saytında yer alan məlumata görə, Məhəmməd Alıyevin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, "Rəvan" bundan öncə Samuel Barlay və Alibobobo Rahamullayevi də komandadan göndərmişdi.