"Sabah" Krunoslav Renduliçlə yollarını ayırdı

“Sabah” FK baş məşqçi Krunoslav Renduliçlə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Masazır təmsilçisi Renduliçə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Krunoslav Renduliç bu ilin mart ayında "Sabah"ın baş məşqçisi təyin olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right