Berdıyev rəhbərliklə konflikt yaşadığı üçün “Turan Tovuz”dan ayrıldı Rusiya mətbuatının iddiası

Türkmənistanlı mütəxəssis Kurban Berdiyev “Turan Tovuz”dan ayrılıb.

Newsport.az xəbər verir ki, bu məlumatı Rusiya mətbuatı yayıb.

“Legalbet.ru” portalı Berdiyevin rəhbərliklə dəfələrlə konfliktə girdiyini və sonda “Turan Tovuz”u tərk etmək qərarını verdiyini yazıb. İddiaya görə, artıq Tovuz klubu Vasili Berezutski, Dmitri Smirnov və Aleksandr Naqornı ilə danışıqlar aparır.

14 turdan sonra “Turan Tovuz” çempionatda üçüncü pillədə qərarlaşıb. Kurban Berdiyev komandaya 2024-cü il iyun ayında baş məşqçi təyin edlib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right