“Qarabağ”ın oyunu “Kristal Pelas” və “Liverpul”un diqqət mərkəzində

“Qarabağ”ın Avropa Liqasında Lion “Olimpik”i ilə keçirəcəyi oyun skautların diqqət mərkəzində olacaq.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, Bakıdakı matçı izləyənlər arasında klub nümayəndələri də olacaq.

Məsələ burasındadır ki, lionluların yarımmüdafiəçisi Rayan Şerki bir neçə klubun maraq dairəsindədir. Xüsusən də İngiltərə təmsilçiləri “Kristal Pelas” və “Liverpul” 21 yaşlı oyunçunu mövsümün sonunda heyətinə qatmağın planlarını qururlar.

“Kristal Pelas”ın skautları Şerkinin cari mövsümdəki bir neçə matçını izləyiblər. Onlar hətta “Qarabağ”la qarşılaşmada da fransalı pleymeykeri diqqət mərkəzində saxlayacaqlar.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpik” oyunu saat 21:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right