"Turan Tovuz" - "Sabah" matçında qalib müəyyənləşmədi, "Sumqayıt" "Şamaxı"nı məğlub etdi Yenilənir

Misli Premyer Liqasında 14-cü tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə "Turan Tovuz" evdə "Sabah"ı qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, turnir cədvəlində "Turan Tovuz" 27 xalla 3-cü, "Sabah" isə 19 xalla 5-cidir.

Turun son oyununda isə "Sumqayıt" "Şamaxı" ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

Beləliklə, turnir cədvəlində "Turan Tovuz" 27 xalla 3-cü, "Sabah" isə 19 xalla 5-cidir. "Sumqayıt" turnir cədvəlində 16 xalla 6-cı, 13 xalı olan "Şamaxı" isə 7-cidir. 

17:00. “Turan Tovuz” –“ Sabah” 1:1

Qollar: Otto Con, 46 (1:0), Coy Lens Mikels, 67 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Tural Qurbanov

Tovuz şəhər stadionu

19:00. “Sumqayıt”– “Şamaxı” 2:1

Qollar: Leroy Mikels, 27 (0:1), Cordan Rezabala, 45+1 (1:1), Rövlan Muradov, 78 - pen. (2:1)

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right