“Ayın qolu” layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi olan Samir Abdullayev mükafatlandırılıb.
Newsport.az xəbər verir ki, ona mükafatları Misli Premyer Liqasının XIV turunun “Səbail” – “Qarabağ” görüşündən əvvəl Peşəkar Futbol Liqasının Texniki-İdman direktoru Elgiz Abbasov təqdim edib.