Misli Premyer Liqasında 14-cü turun matçları davam edir.
Newsport.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçirilir.
Əvvəlcə “Səbail” öz meydanında son çempion “Qarabağ”ı qəbul edib. Bu, matçda Cavid Hüseynov “Səbail”in baş məşqçisi kimi debüt matçına çıxıb. Güclü rəqibi ilə qarşılaşmada onun konandası böyük hesabla uduzub.
Görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. Bu qələbə sayəsində "Qarabağ" bir günlük fasilədən sonra yenidən liderliyə qayıdıb.
"Səbail" isə əvvəlkitək 9-cu yerdədir.
Ikinci oyun gününün ikinci qarşılaşmasında “Neftçi” öz meydanında “Zirə”ni qəbul edib. Görüş "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə bitib.
Meydan sahibləri matça ciddi itkirlərlə çıxıb. Belə ki, Azər Salahlı, Andre Şinyaşiki, Emin Mahmudov və Dembo Darbo zədə səbəbindən, Kilan Lebon isə cəzalı olduğu üçün bu gün “Zirə”yə qarşı oynaya bilməyib.
Beləliklə, "Neftçi" turnir cədvəlində 13 xalla 8-ci, "Zirə" isə 20 xalla 4-cü yerdədir.
Misli Premyer Liqası
14-cü tur
23 noyabr (şənbə)
19:00. “Neftçi” - “Zirə” - 2:1
Qol: Filip Ozobiç, 28 (1:0), İssa Cibrila, 51 (1:1), Emil Səfərov, 68 (2:1)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əli Əliyev
“Neftçi Arena”
17:00. “Səbail” - “Qarabağ” 0:3
Qol: Juninyo, 47, Aleksey Kaşuk, 66, Leandro Andrade, 88
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Cəmil Quliyev, Əkbər Əhmədov
“ASCO Arena”