Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı

Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Renat Dadaşov məşqlərə başlayıb.

Newsport.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Dadaşov oktyabrın 21-də qasıq nahiyəsindən əməliyyat olunmuşdu.

Bir aydır komandadan kənarda qalan hücumçu ötən gündən kollektivlə məşqlərə qoşulub.

Qeyd edək ki, "Ankaragücü" 1-ci liqanın 13-cü turunda sabah səfərdə "Gənclərbirliyi" ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right