Bu gün Misli Premyer Liqasında milli komandaların oyunları ilə bağlı yaranmış 12 günlük fasilə başa çatıb.
Newsport.az xəbər verir ki, 14-cü turun ilk oyun günündə 1 matç keçirilib. "Kəpəz" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edib. Görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
Beləliklə, "Araz-Naxçıvan" turnir cədvəlində ən azı sabah keçiriləcək “Səbail” - “Qarabağ” matçının yekununa qədər liderliyə yüksəlib. “Kəpəz" isə 7 xalla 10-cu yerdə qalıb.
Qeyd edək ki, 14-cü turun digər qarşılaşmaları 23 və 24 noyabr tarixlərində oynanılacaq.
22 noyabr (cümə)
17:00. “Kəpəz” – “Araz-Naxçıvan” - 0:2
Qol: Felipe Santos, 25, Bernardo Dias, 86
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
Tovuz şəhər stadionu