"Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq

"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

Newsport.az xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, təcrübəli müdafiəçinin topuğundan zədələndiyini söyləyib.

Qeyd edək ki, Bədavi Hüseynov Azərbaycan yığmasının səfərdə İsveçə 0:6 hesabı ilə uduzduğu Millətlər Liqasının qrup mərhələsinin VI turunun matçında sıradan çıxıb. Onu 46-cı dəqiqədə Zamiq Əliyev əvəzləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right