Bu gün 19 yaşadək futbolçular arasında AVRO-2016-nın seçmə mərhələsinin V qrupunda II turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, Bakıda keçirilən qrup matçları çərçivəsində daha 2 qarşılaşma baş tutacaq.
Günün ilk oyununda liderlər qarşılaşacaq. İlk turda qalib gələn Bosniya və Herseqovina ilə Ukrayna üz-üzə gələcək. Bu görüşdə qalib gələn komanda növbəti mərhələyə doğru böyük addım atmış olacaq.
İlk turdan sonra autsayder vəziyyətinə düşən Azərbaycan və Türkiyə isə günün ikinci qarşılaşmasında görüşəcək. İlk matçda uduzanların matçındakı xal itkisi hər iki komanda üçün acınacaqlı sonluqla nəticələnə bilər. Qrupda qalmamaq üçün mübarizə aparan Nazim Süleymanovun yetirmələri ikinci sınağında ilk xalını əldə etmək iddiasındadı.
Qeyd edək ki, hər iki oyun Bayıl stadionunda keçiriləcək.
AVRO-2016-nın seçmə mərhələsi
V qrup
II tur
12 noyabr
14:00. Bosniya və Herseqovina – Ukrayna 1- 3
Baş hakim: Tore Hansen (Norveç)
Bayıl stadionu
18:00. Türkiyə - Azərbaycan 0-0
Qırmızı vəqəqə:Alican Özfesli,41,Elnur Cəfərov,90+3
Qaçrılan penalti: Roman Hüseynov,42,(Azərbaycan)
Baş hakim: Eyko Saar (Estoniya)
Bayıl stadionu