"Xocalı" FK 5 yaşını qeyd etdi Fotolar

“Xocalı” Futbol klubunun 5 yaşı tamam olub. Newsport.az xəbər verir ki, klubun 5 yaşını komanda üzvləri və rəhbərliyi  qeyd edib. 
 
Tədbir Xırdalanda “The Roof” restoranında baş tutub. Mərasimə komandanın futbolçuları, valideynlər və media nümayəndələri qatılıb. 
 
Klubun rəhbəri İlkin Hacıyev çıxış edərək 5 il ərzində keçdikləri yoldan danışıb. O, qarşılarına daha böyük məqsədlər qoyduğunu bildirib.
 
Qeyd edək ki, “Xocalı” Futbol Klubu 2019-cu ildə yaradılıb. Həmin dövrdən fəaliyyət göstərən komandanın bir çox üzvləri hazırda Premyer Liqada çıxış edən klubların akademiyalarında top qovur. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right