"Qarabağ" - "Lion" oyununa 1 gündə nə qədər bilet satılıb?

"Qarabağ" UEFA Avropa Liqasının V turunda Fransanın "Lion" komandasına qarşı keçirəcəyi oyuna satılan biletlərin sayı açıqlanıb. Newsport.az xəbər verir ki, indiyədək 13000 bilet satılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdı.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right