Rəqibləri Azərbaycan millisidir Rusiya açıqladı

Azərbaycanın qadınlardan ibarət yığması Rusiya millisi ilə 2 yoldaşlıq oyunu keçirəcək.

Newsport.az xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Noyabrın 24-dən dekabrın 3-dək Rusiyanın qadınlardan ibarət yığması Soçidə təlim-məşq toplanışında olacaq. Bu toplanış çərçivəsində onlar Azərbaycan millisi ilə 2 oyun keçirəcəklər.

İlk matç noyabrın 28-də “Fişt” stadionunda olacaq. 2-ci görüş isə dekabrın 2-də “Soçi” klubunun məşq bazasında  oynanılacaq. Matçlar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edk ki, Azərbaycanın qadınlardan millisi hazırda FİFA reytinqində 75-ci pillədə qərarlaşıb. Rusiya və Azərbaycan komandaları əvvəllər 2 dəfə üz-üzə gəliblər. 2021-ci ilin sentyabrında Rusiya Moskvada 2:0, 2021-ci ilin noyabrında isə Bakıda 4:0 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right