İsveç yığmasının futbolçusu Viktor Dyekereş Azərbaycan millisinə qalib gəldikləri UEFA Millətlər Liqası matçında Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb.
Newsport.az-ın məlumatına görə, 26 yaşlı hücumçu buna sözügedən oyunda poker etməklə nail olub.
Hazırda Portuqaliyanın "Sportinq" klubunda çıxış edən forvard 12 ildən sonra İsveç yığmasında bir görüşdə 4 qol vuran ilk oyunçudur.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2012-ci ildə İngiltərə ilə yoldaşlıq qarşılaşmasında 4 dəfə fərqlənib. O, 2004-cü ildə isə DÇ-2006-nın seçmə mərhələsində Malta ilə matçda eyni uğura imza atıb.