Əliyar Ağayev Bosniya və Herseqovina - Niderland matçını idarə etdi

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA Millətlər Liqası oyununu idarə edib.

Newsport.az xəbər verir ki, o, A Liqasının 3-cü qrupu çərçivəsində 6-cı turun Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olub.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib. 

1:1 hesabı ilə başa çatan matçda Əliyar Ağayev cəmi bir sarı vərəqə göstərib. O, matçın 76-cı dəqiqəsində meydan sahiblərinin oyunçusu Ermedin Demiroviçə rəsmi xəbərdarlıq edib.

Qeyd edək ki, Niderland qrup mərhələsini 9 xalla 2-ci, Bosniya və Herseqovina isə 2 xalla sonuncu yerdə bitirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right