“Türkiyə yığması A Liqasında oynamağa layiqdi” Yankoviç

Monteneqro millisi UEFA Mİllətlər Liqasının B Liqasının 6-cı turunda sabah Türkiyə yığması qarşılaşacaq. Newsport.az xəbər verir ki, Monteneqro seçməsinin “Qarabağ”da çıxış edən futbolçusu Marko Yankoviç oyunöncəsi mətbuat konfransında görüşlə bağlı fikirlərini bildirib.

O, rəqibi tərifləyib: “Qrupda ən yaxşı futbolu Türkiyə millisi göstərir. Onlara A Liqasında vəsiqə qazanmaq üçün qələbə və ya heç-heçə bəs edəcək. Türkiyə yığması A Liqasında oynamağa layiqdi. Çünki onların heyətində "Real", "İnter", "Yuventus", "Benfika", eləcə də "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" kimi klubların üzvləri yer alıb. Bizi çox çətin oyun gözləyir. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Monteneqro - Türkiyə oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right