Azərbaycan milli komandasının düşərgəsində zədələnən Rahil Məmmədovun durumuna aydınlıq gəlib. Newsport.az xəbər verir ki, tibbi müayinədən sonra müdafiəçi bud əzələsində ikinci dərəcəli dartınma qeydə alınıb.
Məmmədov maksimum 1 aydan sonra sıraya dönəcək. Müalicə prosesi yaxşı keçsə, 28 yaşlı futbolçu daha tez məşqlərə başlaya bilər.
Qeyd edək ki, R.Məmmədov UEFA Millətlər Liqasında Estoniya ilə Qəbələdə keçirilən oyunda (0:0) zədə alıb.