Ukrayna millisinin baş məşqçisi: “Azərbaycan belə məğlubiyyətə layiq deyildi”

19 yaşadək futbolçular arasında Avropa Çempionatı2016-nın seçmə mərhələsində V qrupunun ilk oyunbları keçirilib. Nazim Süleymanovun başçılıq etdiyi milli komandamız Ukrayna milli komandası ilə qarşılaşıb. Oyun Ukraynanın 4-0 hesablı qələbəsi ilə başa çatıb. Matçdan sonra keçirilən mətbuat konfransında Ukrayna millisinin baş məşqçisi Oleq Kuznetsov oyunu belə şərh edib:

“İlk oyunlar çətin olur. Xüsusən də, ev sahibi komandasına qarşı oynamaq. Bizim Azərbaycan haqqında heç bir məlumatımız yox idi. Yəni kimə qarşı oynayacağımızı bilmirdik. Bu isə daha çətin olur. Oyuna gəldikdə isə komandamın oyunundan razı qalmadım. İlk hissədə yaxşı oynaya bilmədik. Komandada həyəcan var idi. Nəticəni oyuna görə hesab etmirəm. Azərbaycan millisi belə məğlubiyyətə layiq deyildi. Sona yaxın Azərbaycan hücuma atıldı, bu isə onların müdafiəsində boşluqlara səbəb oldu. Azərbaycanın qrupdakı şansları digər komandalarla eynidir. Bunun üçün qarşıdakı iki oyunda qalib gəlməlidirlər. "





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right