19 yaşadək futbolçular arasında Avropa Çempionatı2016-nın seçmə mərhələsində V qrupunun ilk oyunları keçirilib. Nazim Süleymanovun başçılıq etdiyi milli komandamız Ukrayna milli komandası ilə qarşılaşıb. Oyun Ukraynanın 4-0 hesablı qələbəsi ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi oyunu belə şərh edib:
“Oyun haqqında çox danışmaq lazım deyil. Çox pis oynadıq. Təssüflər olsun ki, məğlub olduq. Futbolçularımızın nizam- intizamı məni narahat edir. Futbolçularda ilk oyunun həyəcanı var idi. Belə ounla qrupdan çıxmaq çətin olacaq. Qarşıda iki oyunumuz var. Tələsmək lazım deyil. Qollar səhvimizdən vuruldu. Futbolçularımız çox arxaya oynayırlar. Bir neçə mərkəz futbolçumuz zədəlidir. Məğlub olomaq olar. Amma mübarizə apararaq məğlub olmaq lazımdır. Bu gün mübarizəsiz məğlub olduq. Belə məğlubiyyətə görə, həm öz adımdan, həm də futbolçular adından azarkeşlərmizdən üzr istəyirəm.