Futbol üzrə Azərbaycan millisi bu gün növbəti sınağına çıxıb.
Newsport.az xəbər verir ki, yığmamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində beşinci oyununu keçirib.
C Liqasında mübarizə aparan komandamız Qəbələdə Estoniya yığmasını qəbul edib. Şotlandiyalı FIFA referisi Con Biton idarə etdiyi bu oyunda qapılara qol vurulmayıb.
Xatırladaq ki, yığmamız əvvəlki oyunlarının hamısında uduzmuşdu. Hətta Estoniya ilə səfərdəki görüş də yığmamızın 1:3 hesablı məğlubiyyəti ilə bitmişdi. Bu nəticələrdən sonra yığmamız növbəti mövsümü böyük ehtimalla D Liqasında keçirəcək.
Qeyd edək ki, millimiz qrupdakı son görüşündə səfərdə İsveçin qonağı olacaq
UEFA Millətlər Liqası
C liqası, V tur
16 noyabr
18:00. Azərbaycan - Estoniya 0:0
Baş hakim: Con Beaton (Şotlandiya)
Qəbələ şəhər stadionu