"Bu illər ərzində Azərbaycan millisinin heç vaxt qazanmadığı uğurları əldə etməyi planlaşdırmışam".
Newsport.az-ın Şimal-qərb bürosunun məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının V turunda Qəbələdə Estoniya ilə keçiriləcək matçdan öncə mətbuat konfransında bildirib.
Portuqaliyalı mütəxəssis komandanın durumunu dəyərləndirib:
"Azərbaycan millisinin heç vaxt qazanmadığı uğurları qazanmağı planlaşdırmışam. Milliyə təzə gəlmişəm. Oyunçularla bağlı verilən qərarlar yalnız mənə məxsusdur. Komanda Estoniya ilə oyuna yaxşı hazırlaşıb".
Qeyd edək ki, Azərbaycan - Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.