"İnanıram ki, yaxşı oyun göstərəcəyik".
Newsport.az-ın Şimal-qərb bürosunun məlumatına görə, bunu Qəbələdə keçirilən mətbuat konfransında Azərbaycan millisinin üzvü Musa Qurbanlı deyib.
22 yaşlı hücumçu UEFA Millətlər Liqasında sabah Estoniya ilə keçiriləcək oyuna qələbə üçün çıxacaqlarını bildirib:
"Komandada əhval-ruhiyyə yaxşıdır. Məqsədimiz sabahkı oyunda qələbə qazanmaqdır".
Qeyd edək ki, Azərbaycan milli komandası C Liqasının I qrupunda sabah Qəbələ şəhər stadionunda Estoniya yığması ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.