Azərbaycan yığmasının UEFA Millətlər Liqasının V turu çərçivəsində Estoniya millisini qəbul edəcəyi Qəbələ şəhər stadionunda işlər başa çatıb. Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
Arenada media tribunanın, yeni mərkəzi kamera platformasının, qapı arxası platformanın, texiniki ərazinin təmir tikinti işləri, eləcə də, mövcud platformaların gücləndirilməsi və çəkiliş maşınları meydançasının düzləşdirilməsi prosesi başa çatıb.
Qeyd edək ki, noyabrın 16-da baş tutacaq Azərbaycan - Estoniya oyunu saat 18:00-da start götürəcək.