Azərbaycan çempionatında cərimə meydançasından qapıya ən çox zərbə endirən klublar açıqlanıb

Misli Premyer Liqasında cərimə meydançasından qapıya ən çox zərbə vuran klublar bəlli olub.

Newsport.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) araşdırma aparıb.

"Qarabağ" ilk pillədə qərarlaşıb. Ağdam təmsilçisinin oyunçuları hər matçda ortalama 6,67 dəfə cərimə meydançasından zərbə endiriblər.

İkinci sırada "Sabah" (6 zərbə) yer alıb. İlk "üçlüy"ü "Turan Tovuz" (4,38 zərbə) qapayır.

Növbəti mövqelərdə "Neftçi" (4,31 zərbə), "Araz-Naxçıvan" (3,83 zərbə), "Şamaxı" (3,75 zərbə), "Sumqayıt" (3,67 zərbə), "Zirə" (3,54 zərbə), "Kəpəz" (2,46 zərbə), "Səbail" (2,08 zərbə) qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" dünyanın 63 liqa təmsilçilərinin yer aldığı siyahıda cərimə meydançasından qapıya zərbələrə görə 54-cü ola bilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right