Millinin futbolçuları Qəbələdə yeniyetmələrlə görüşdü

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycan millisinin futbolçuları Qəbələ Futbol Akademiyasının yeniyetmə oyunçuları ilə görüşüb.

Newsport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqdən sonra baş tutan görüş zamanı millinin futbolçuları yeniyetmələrə top və imzalı formalar hədiyyə ediblər. Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right