Cavid Hüseynov “Səbail”in yeni baş məşqçisi təyin olunub.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı mütəxəssislə 2025/2026-cı il mövsümünün sonuna qədər müqavilə imzalanıb.
O, sabah komandasını ilk dəfə məşqə çıxaracaq. Məşqdən 15 dəqiqə öncə isə KİV nümayəndələri üçün “ASCO Arena”da brifinq təşkil ediləcək.
Qeyd edək ki, Cavid Hüseynov son olaraq “Turan Tovuz” klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.