"Qələbə"nin futbolçusu Türkiyədə əməliyyat olundu

“Qəbələ”nin futbolçusu Eşqin Əhmədov Türkiyədə əməliyyat olunub.

Newsport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi menisk və ön çarpaz bağ bərpası ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.

Əhmədovun Türkiyədə gerçəkləşən əməliyyatı uğurlu keçib. Durumu yaxşı olan futbolçu 2 gündən sonra ölkəmizə qayıdıb reabilitasiyaya start verəcək.

Qeyd edək ki, I Liqada VI turun “Qəbələ” – “İmişli” oyununda (0:0) zədələnən Eşqində menisk yırtığı, ön çarpaz bağ qopması aşkarlanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right