Məmmədov Polşada həftənin rəmzi komandasına düşdü

“Radomyak”da çıxış edən Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasına düşüb.

Newsport.az xəbər verir ki, bu barədə Ekstraklasanın rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

28 yaşlı müdafiəçi 15-ci turun “11-liy”inə seçilib. Məmmədovun komandası səfərdə “Poqon”u məğlub edib – 1:0. Azərbaycanlı oyunçu bu matçda sonadək meydanda olub.

“Radomyak” 15 qarşılaşmadan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right