Misli Premyer Liqasının 13-cü turunun "Qarabağ"la oyununda (4:0) zədə ucbatından millinin toplanışından da kənar qalan “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadənin durumu bəlli olub.
Newsport.az xəbər verir ki, qəsəbə klubunun futbolçusunun zədəsi ciddidir.
Matçın 77-ci dəqiqəsindən sonra zədə aldığı üçün meydanı tərk edən “qartallar”ın hücumçusu bu gün MRT-dən keçəcək, lakin ən azı iki həftə komanda ilə məşq edə bilməyəcəyi gözlənilir.
Xatırladaq ki, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş zədə səbəbindən Əhmədzadəni "Qarabağ"ın hücumçusu Musa Qurbanlı ilə əvəzləyib.