“Çətin şəraitdə oynamağıma baxmayaraq, qələbə qazandıq” Veşoviç

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviçin Newsport.az-a müsahibəsi
 
- Uzunmüddətli zədədən qayıtdın və meydanlara qayıtdın. Vəziyyətin necə idi? Necə alındı ilk oyununu?
 
- İki ayyarım idi ki, zədə ilə mübarizə aparırdım. Həqiqətən meydana qayıtmaq çox böyük xoşbəxtlikdir. Təki zədələr olmasın. Meydanlara qayıtdım. Çox sevincliyəm. Üstəlik, qələbə qazandıq. Daha da sevincliyəm.
 
- "Qarabağ"a kömək etmək üçün gücünü tam olaraq bərpa etmisən?
 
- Özümü pis hiss etmirəm. "Zirə" ilə matçda da komandama 75 dəqiqə kömək etdim. Qarşıda iki həftəmiz var. Bu iki həftə ərzində məşqlərdə çalışıb, kondisiyamı tam bərpa etməyə çalışacam.
 
- Avropa Liqasında bu mövsüm nəhayət ki, qələbə qazandınız. Özü də "Bodo-Qlimt" kimi çətin komandanı səfərdə uddunuz. Bu haqda fikrin necədir?
 
- Norveçə getməmişdən əvvəl də "Bodo-Qlimt"in oyununa baxmışdıq. Onlar çox çətin komandadır. Məğlub edilməsi çox çətin komanda idi. Həqiqətən. Amma biz bunu bacardıq. Çətin şəraitdə oynamağıma baxmayaraq, qələbə qazandıq. Bu qələbə növbəti görüşlər üçün böyük sıçrayış verəcək.
 
- Qarşıda dörd oyun qalıb. Avropa Liqasında pley-off mərhələsinə düşmək şanslarını necə dəyərləndirirsən?
 
- Şanslar barədə danışsaq, gəlin hər oyundan-oyuna baxaq. Növbəti görüşümüz "Lion"a qarşıdır. Onların bu mövsüm Fransa Liqa 1-dəki bir çox oyunlarını izləmişəm. Çox möhtəşəm komandadır. Ölkə çempionatında da çox əla çıxış edirlər. Bizi növbəti çətin oyun gözləyir. Ondan sonra isə İsveçdə "Elfsborq"la görüş olacaq. Növbəti soyuq hava, növbəti sintetik meydançada oyun. Ona görə gəlin yanaşmamızı edək ki, şanslara baxanda, oyundan-oyuna baxaq.
 
- Avropa Liqasının yeni formatı elədir ki, bir qələbə komandanı turnir cədvəlində daha yaxşı yerə aparır. "Bodo-Qlimt" üzərindəki qələbədən sonra "Qarabağ" 36-cı pillədən 29-cu pilləyə yüksəldi. İlk 24-lükdə olan komandalar pley-off mərhələsinə qalxacaq. Cəmi 5 pillə yüksəlmək lazımdır. Səncə, bunu etmək mümkün olacaq?
 
- Əlbəttə ki, mümkündür. Hətta yeni formatda uduzduğun halda da, yenə də şansları itirmirsən, qalır şans. 24-lüyə düşmək bizdən asılıdır. Yanvarda “Styaua” ilə evdə də oyunumuz var. Təbii ki, şanslar həmişə var və mümkündür. Bundan istifadə edərək daha çox xallar toplamaq niyyətindəyik.
 
- Zədəli olduğun üçün milliyə də uzun müddətdir millyə dəvət almırsan. Robert Prosineçki ilə danışığınız olurdu?
 
- Xeyr, iki ay ərzində heç kəslə əlaqəm olmayıb. Yəqin ki, onlar da fərqindədirlər zədəliyəm və zədəmi sağaltmaqla məşğulam.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right