Misli Premyer Liqasında bir ildən sonra üç oyunda heç-heçə qeydə alınıb.
Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, eyni turda üç bərabərliyin qeydə alınmasına sonuncu dəfə ötən mövsümün XIV turunda təsadüf olunmuşdu.
35 tur əvvəl – ötən ilin noyabrında “Səbail” – “Kəpəz” və “Sumqayıt” – “Zirə” qarşılaşmaları qolsuz, “Neftçi” – “Araz-Naxçıvan” görüşü 1:1 hesabı ilə yekunlaşıb.
Cari mövsümün isə XIII turu "sülhsevərliyi" ilə yadda qalıb. Beş oyundan üçündə heç-heçə qeydə alınıb. “Neftçi” – “Şamaxı” və “Sabah” – “Kəpəz” matçları 2:2, “Səbail” – “Turan Tovuz” qarşılaşması 1:1 hesabı ilə nəticələnib.