Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) oktyabr ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, 507 klubun olduğu siyahıda Azərbaycanın üç komandası təyer alıb: “Qarabağ”, “Zirə” və “Sabah”.
Yenilənmiş reytinqə əsasən, “Qarabağ” 167,25 xalla 60-cı yerdən 72-ci yerə düşüb. Norveçin “Bodo-Qlimt” klubu (167,5) bir pillə yuxarıda, Almaniyanın “Leyptsiq” isə (167) isə aşağı pillədədir.
“Zirə” 201-ci yerdən 219-cu yerə (94,25) düşüb. Onlar “Kluj” və “Harts” klublarından (94,5) geridə, “Everton” və “Fulhem”dən (94) öndədir. “Sabah” isə 411-ci yerdən 423-cü yerə enərək, “Aleksandriya” ilə (hər biri 59,5) eyni pilləyə şərik olub. Onlardan yuxarıda Argentinanın “Deportivo Riestra”, Rumıniyanın “Farul” (hər biri 60) kimi klubları yer alıb. Ayın ən yaxşı klubu “Real”dır(Madrid) (414).