Bu gün 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunlarına start veriləcək.
Newsport.az-ın məlumatına görə, 5-ci qrupda mübarizə aparan Azərbaycan millisi bu gün ilk matçına çıxacaq.
Bakıda keçiriləcək seçmə mərhələnin ilk oyununda yığmamız Ukrayna ilə qarşılaşacaq. "Bayıl Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Qeyd edək ki, qrupun digər oyununda Türkiyə millisi Bosniya və Hersoqovina ilə üz-üzə gələcək.
10 noyabr
Avropa çempionatının seçmə mərhələsi
18:00. Azərbaycan - Ukrayna 0-4
Qollar: Dmitro Şevçenko, 46 (0:1), Şepetun, 62 (0:2),Oleksandr Pixalonok,(pen)88,(0-3),
Hakimlər: Tore Hansen, Oystayn Ytterand, Nime Nimleyd
"Bayıl Arena".