Kurban Berdiyev: "Bu gün 2 xal itirdik"

"Turan Tovuz" Misli Premyer Liqasının 13-cü turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.

Newsport.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İki fərqli hissə izlədik. Birinci hissədə düzgün düzülmədik. "Səbail" daha yaxşı görünürdü. İkinci yarıda düzəlişlər etdik və düşünürəm ki, yaxşı oynadıq.

- Futbolçuların süni örtükdə oynamaqdan şikayəti var?

- Xeyr, şərtlər hamı üçün eynidir. Bununla bağlı şikayət yoxdur.

- Bu gün "Turan Tovuz" 2 xal itirdi, yoxsa 1 xal qazandı?

- İkinci hissəni nəzərə alsaq, 2 xal itirdik.

- Aqressiv olmağınızın səbəbi  idi?

- Aqressiv olduğumu deməzdim. Sadəcə olaraq istəyirdim ki, futbolçularım daha tez oynasınlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right