Elvin Məmmədov: "Bu gün üçün 1 xal bizi sevindirir"

"Səbail" Misli Premyer Liqasının 13-cü turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Newsport.az xəbər verir ki, Bayıl təmsilçisinin məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı oyun oldu. Çalışdıq ki, 4 günlük periodda komandamıza kömək edək. Nə qədər alındı, ya alınmadı sonranın işləridir. Bu gün üçün 1 xal bizi sevindirir. 

- Komandada çatışmayan  var?

- Çox nüanslar var. Birinci nüans fiziki durumdur. Bunu düzəltsək, yaxşı yerlərə gələcəyik. 

- Davam edəcəksiz?

- Rəhbərliyə təşəkkür edirəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right