Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "İnter"lə heçə-heçə (1:1) edən "Qəbələ"nin baş məşqçisi Roman Quriqorçuk oyunla bağlı fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, ukraynalı məşqçi matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
"Uzun müddətdi olan qələbəsizlik seriyasını ayrı-ayrı araşdırmaq lazımdı. Biz bundan öncəki oyunlarda demişdik ki, hücumun sonlarını gətirə bilmirik. "Borussiya" ilə məğlubiyyət isə bu qəbildən deyil.
Bu gün biz "İnter"dən tam üstün oynamadıq. Yaxşı rəqibə qarşı oynadıq, güclü kollektivi, yaxşı baş məşqçisi olan rəqiblə mübarizə apardıq. Sözsüz, xal itirmək xoş deyil. Bizim komandada aqressivlik çatmadı".