Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Qəbələ"ylə heçə-heçə (1:1) edən "İnter"in baş məşqçisi Zaur Svanadze oyunla bağlı fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, gürcü məşqçi matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
"Komandanın oyunundan razı qaldım. Bütün çətinliklərə, zədələrə baxmayaraq, yaxşı futbol sərgilədik. Oyundan öncə Mirhüseyn və Nika zədə aldılar.
Qeyd etməliyəm ki, qələbə də qazana bilərdik. Maddi problemlərin fonunda komandanı oyuna hazırlamaq çətindi. Amma bizim oyunçular peşəkardırlar. Onlar bizə meydanda çox kömək edirlər".