UEFA Avropa Liqasında Liqa mərhələsinin 4-cü turu yekunlaşıb. Newsport.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" hazırda 36 komanda arasında 29-cu pillədə yer alıb.
“Köhlən atlılar” ardıcıl 3 məğlubiyyətdən sonra səfərdə Norveçin "Budo Qlimt" klubu üzərində 2:1 hesablı qələbə qazanıblar. Ağdam klubu bu qalibiyyət sayəsində aktivinə 3 xal yazdırıb.
”Qarabağ"la yanaşı, 27 və 28-ci pillələrdə qərarlaşan “Tvente” və “Malmö”nün də 3 xalı var.
Qeyd edək ki, turnir cədvəlində 12 xalı olan "Latsio" birinci, xalı olmayan Kiyev “Dinamo”su isə sonuncudu.