AFFA “Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynovu sərt cəzalandırıb.
Newsport.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında mütəxəssislə bağlı qərar qəbul edilib.
R.Hüseynov 2-ci Liqanın 9-cu turunda “Füzuli” ilə oyunun 43-cü dəqiqəsində hakimi təhqir edib. O, birbaşa qırmızı vərəqə alıb.
İntizam Komitəsi isə baş məşqçini bu hərəkətinə görə 5 oyunluq cəzalandırıb. “Ağdaş” isə 400 manat cərimə edilib.
Qeyd edək ki, sözügedən görüşdə "Ağdaş" 2:1 hesablı qələbə qazanıb.