“Neftçi”də ciddi itki: bombardir “Xəzər Lənkəran”a qarşı oynamayacaq!

Azərbaycan Premyer Liqasının XII turu "Neftçi” üçün uğursuz alınıb.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar” evdə çempionatın autsayderi "Rəvan”a cari mövsüm ilk qələbə sevinci yaşadıb. 
 
Son 8 oyunda cəmi 1 qələbəsi olan paytaxt təmsilçisi xal itkisi ilə bərabər, əsas futbolçularından sayılan Ruslan Qurbanovu da itirib. "Rəvan”la görüşdə (2:3) matçın ilk və son qolunun vuran milliləşdirilmiş hücumçu sarı vərəqə limitini doldurub. 
 
Bu isə o anlama gəlir ki, hazırda 5 qolla komandasının yeganə, çempionatın isə Riçard Almeyda ("Qarabağ”) ilə şərikli bombardiri olan Qurbanov növbəti turda meydana çıxa bilməyəcək. "Rəvan”la görüşün 31-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə, rəsmi xəbərdarlıq alan Ruslan buna qədər "Qarabağ”, "Zirə” və "Sumqayıt”la səfər oyunlarında "sarı” almışdı.
 
Qeyd edək ki, "Neftçi”ni növbəti turda – noyabrın 22-də Lənkəranda əzəli rəqib "Xəzər Lənkəran”la prinsipial görüş gözləyir. Rusıan isə "böyük oyun”u kənardan izləməli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right