UEFA Avropa Liqası: "Qarabağ" Norveçdə vacib qələbə qazandı Yenilənib

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 4-cü tur matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu səfərdə Norveç "Bodo Qlimt"i ilə qarşılaşıb. Görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu vacib qələbə ilə "Qarabağ" Liqa mərhələsində ilk xallarını qazanıb. Qurban Qurbanovun komandası qazandığı 3 xalla turnir cədvəlində sonuncu - 36-cı yerdən 29-cu pilləyə yüksəlib. "Bodo Qlimt" isə 7 xalla 11-ci pillədə qərarlaşır.

"Qarabağ" 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda "Malmö"yə (1:2), 3-cü turda isə "Ayaks"a (0:3) məğlub olub. 

"Bodo Qlimt" əvvəlcə "Portu"nu üstələyib (3:2), 2-ci turda "Yunion"la heç-heçə edib (0:0), daha sonra isə "Braqa"ya qalib gəlib (2:1). 

"Qarabağ" və Bodo Qlimt" tarixlərində ilk dəfə üz-üzə gəliblər. 

Avropa Liqası, Liqa mərhələsi, 4-cü tur

21:45. "Bodo Qlimt" (Norveç)  -  "Qarabağ" (Azərbaycan) - 1:2

Qollar: Toral Bayramov, 22 (0:1), Patrik Berq, 41 (1:1), Abdullah Zubir, 69 (1:2)

Hakimlər: Luis Qodinyo, Rui Teixeira, Pedro Almeida, Andre Narciso (Portuqaliya)

"Aspmira" stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right