AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turunun matçına təyinat alıb.
Newsport.az xəbər verir ki, o, LASK (Avstriya) – “Serkl Brügge” (Belçika) görüşünün UEFA nümayəndəsi olacaq.
Linz şəhərində yerləşən “Oberösterreyç Arena”da təşkil olunacaq görüş noyabrın 7-də baş tutacaq.