“Səbail”də baş məşqçi posunu kimin tutacağı müəyyənləşib.
Newsport.az-ın əldə etdiyi özəl məlumata görə, ötən gün “Kəpəz”ə uduzaraq istefa verən Şahin Diniyevi Adil Şükürov əvəzləyəcək.
Düzdür, "Səbail" rəhbərliyi başqa məşqçilərlə də danışıqlar aparır. Amma əsas namizəd Adil Şükürovdur. Klub idarəçiləri onunla razılaşmağa çalışır.
Qeyd edək ki, Şahin Diniyev Misli Premyer Liqasının 12-ci turunda autsayder “Kəpəz”ə 0:1 hesabı ilə uduzduqdan sonra postundan ayrılıb.
Adil Şükürovun son iş yeri isə “Kəpəz” olub.