Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının 2-ci mərhələsinin cavab oyunları çərçivəsində noyabrın 6-da keçiriləcək “Kayrat” (Qazaxıstan) – “Betis” (İspaniya) görüşünün hakim-inspektoru olacaq.
Almatı şəhərində yerləşən “Kayrat” akademiyasının stadionunda keçiriləcək matçı türkiyəli baş hakim Kadir Sağlam idarə edəcək.