Ruslan Qurbanovdan sərt sözlər: “Bəzi futbolçular düşünür ki...” MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XII turunda "Neftçi” öz meydanında "Rəvan”ı qəbul edib. Qarşılaşma "Rəvan”ın 3-2  hesablı qələbəsi ilə başa çatıb.

Newsport.az-ın məlumatına görəqarşılaşmadan sonra "Neftçi”futbolçusu Ruslan Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
 
-"Rəvan”a məğlub oldunuz. Premyer Liqada heç bir qələbəsi olmayan"Rəvan”a məğlubiyyəti necə şərh edə bilərsiniz?
-Nə deyə bilərəm? Biz məğlub olduq.  Mən həmişə demişəm ki, Azərbaycan Çempionatında zəif rəqib yoxdur. İstənilən rəqibə qarşı yaxşı hazırlaşmaq lazımdır.  Oyundan öncə uşaqlara demişdim ki, bu oyun bizim üçün "Qarabağ”la oyundan daha vacibdir. 
 -Azarkeşlərin reaksiyası ilə bağlı nə deyə bilərsən? Onların futbolçuları təhqir etməsinə baxmayaraq sonda azarkeşlərlə görüşdünüz...
-Bizim hazırkı durumumuz çətindir. Azarkeşlərin etirazlarını bildirməyə haqqı var. Mən onların könlünü almaq üçün matçın sonunda onlara yaxınlaşdım.  Mənim bu hərəkətimi yaxşı qarşıladılar. Onlara çox sağ ol dedim. Dedim ki, gələcək oyunlarda sizi sevindirməyə çalışacağıq. 
 -"Neftçi” həmişə medallar uğrunda mübarizə aparıb. Amma hazırda autsayder sırasına yaxınlaşırsınız. Səbəb nədir?
-"Neftçi” autsayder olmayacaq.  "Xəzər Lənkəran”la oyuna yaxşı hazırlaşacağıq və sərfəli nəticə əldə etməyə çalışacağıq.  Heç kimi günahlandırmaq istəmirəm.  Komanda şəkilində məğlub olmuşuq. Ad çəkməyəcəyəm. Bəzi futbolçular oyun zamanı tam güclərini ortaya qoymurlar. 
 -Bildirdin ki, "Neftçi” autsayder olmayacaq. Bu əminlik sizdə hardandı? Nəyə ümid edirsiniz?
-Ürəyim bunu deyir. Bunu hiss edirəm. Nəticələrimizi yaxşılaşdıracağıq.  Dekabrdan sonra hər şey yaxşı olacaq.
 -Baş məşqçi Samir Əliyev oyunsonrası mətbuat konfransında avrokubokların "Neftçi” üçün əlçatmaz olduğunu bildirdi...
-Durmumuzu yaxşılaşdıracağıq. Bizim "Zirə” və "Kəpəz”lə oyunlarımız var. Əgər bu oyunlarda qalib gəlsək komanda şəkilində ruhlanacağıq.  Demirəm 1-ci yerə çıxacağıq, ən azı avrokuboklara vəsiqəni təmin etmək üçün vuruşacağıq.
 -Konkret deyə bilərsiniz uğursuzluqların səbəbi kimdi? Futbolçular, məşqçilər yoxsa rəhbərlik?
-Futbolçular.    
 -Bildirdin ki, bəzi futbolçular meydanda can qoymurlar.  Səncə onlar  məşqçini qovdurmaq üçün oynamırlar?
-Əgər belə bir oyunçu varsa, onlar birinci komandanı tərk edəcək. 
 -Azarkeşlər oyunu satan futbolçunu təhqir etdilər. Düşünmürsən ki, hər hansı bir futbolçunuz oyunu satıb?
-İnanmıram belə bir futolçumuz olsun.
 -Bəs bəzi oyunçuların 100% güc ortaya qoymamasına səbəb nədir?
-Bəzi oyunçular fikirləşir ki, bizim ehtiyatda az oyunçumuz var. Düşünürlər ki, onsuzda oynayacağıq. Bəlkə də bundan arxayındırlar. 
 -Çingiz  Abdullayev oyundan sonra soyunub-geyinmə otağına gəlmişdi. Futbolçulara nə dedi?
-Həmin an yuyunma otağında idim. Xəbərim olmadı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right