"Neftçi"ni məyus edən braziliyalı: "Ardı gələcək"

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib.

Newsport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin qələbə qolunun müəllifi Felipe Santos sosial şəbəkə hesabında paylaşım edib. Braziliyalı hücumçu qolların davamının gələcəyini bildirib:

"Komandama bir qolla kömək etdiyim üçün çox şadam. Vacib qələbə qazandıq, hər kəsi təbrik edirəm. Məhsuldar ötürmə üçün Ramon Maçadoya minnətdaram. 6 oyunda 6 qol vurmuşam və düşünürəm ki, ardı gələcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right