"Bu qələbə bizim üçün önəmli idi"- Bəhmən Həsənov

Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Neftçi"yə qalib gələrək (3:2) cari mövsümdə ilk qələbəsini qazanan "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov oyunla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Həsənov belə danışıb:

- Ağır oyun oldu. Meydançanın yaş olması və rəqibin çox sürətli oyun sərgiləməsi işimizi daha da çətinləşdirirdi. Şadam ki, ilk qələbəmizi qazandıq. Bu qələbə bizim üçün önəmli idi. Futbolçularıma sərgilədikləri oyuna görə təşəkkür edirəm. Çalışacağıq ki, qələbələrin davamı gəlsin.

- Komandanızın üzvləri oyunun gedişində tez-tez yerə yıxılırdılar. Bunun səbəbi oyunun vaxtını uzatmaq idi?
- Mən belə düşünmürəm. Buna səbəb meydançanın həddən artıq yaş olması idi. Məsələn, Saşa Yunisoğlu uzunmüddətli zədədən sonra qayıtmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right