“Traktor”dan əzəli rəqibi üzərində inamlı qələbə

Təbrizin “Traktor” klubu İran çempionatında növbəti oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 10-cu turda Tehranda əzəli rəqibi “İstiqlal”la qarşılaşıb.

Oyun “Traktor”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Təbriz klubunun qollarını Aref Ağasi (56) və Səyyad Aşuri (87) vurub.

Bu nəticədən sonra xallarını 19-a çatdıran “Traktor” liderliyini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right